İzmirdə küçələri su basdı


  • 11:18

Türkiyənin İzmir şəhərində şiddətli yağışlar və fırtına bəzi fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhərin bir sıra bölgəsində gün boyu fasilələrlə yağan yağış axşam saatlarında daha da şiddətlənib.

Buca, Konak, Karabağlar, Bornova və digər rayonlarda bəzi küçə və yolları su basıb.

Məhəllələrdə güclü yağış səbəbindən istinad divarı uçub, kanalizasiya quyuları daşıb.

Sürücülər və piyadalar su basması səbəbindən yollarda və piyada səkilərində hərəkət etməkdə çətinlik çəkib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər