- 13:00
ABŞ prezidenti Donald Tramp Kanadanın "Gulfstream Aerospace" şirkəti tərəfindən istehsal olunan reaktiv təyyarələri sertifikatlaşdırmadığı üçün ABŞ-yə satılan bütün Kanada istehsalı təyyarələrinin sertifikatlarını ləğv etdiyini və bu təyyarələrə 50 faiz vergi tətbiq edəcəyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Tramp, sosial media hesabında paylaşım edib.
Ağ Ev rəhbəri Kanadanın Gulfstream 500, 600, 700 və 800 modellərinin sertifikatlaşdırılmasından imtina etməsinə sərt reaksiya göstərib.
Tramp, Kanadanın sertifikatlaşdırma prosedurlarının Gulfstream təyyarələrinin satışına əngəl yaratdığını vurğulayıb.
"Əgər bu məsələlər dərhal həll olunmazsa, ABŞ-yə satılan bütün Kanada istehsalı təyyarələrə 50 faiz vergi tətbiq ediləcək. Bu addımı artıq atmalı idik" - deyə Tramp əlavə edib.
Şəbnəm Mehdizadə