- 13:00
Pakistan və Banqladeş arasında birbaşa uçuşlar 14 illik fasilədən sonra bərpa edilib.
E-huquq.az Dawn qəzetinə istinadən xəbər verir ki, Biman Banqladeş Hava Yollarına məxsus BG-341 reysi yerli vaxtla saat 20:00-da Banqladeşin paytaxtı Dəkkə şəhərindəki Həzrət Şahcəlal Beynəlxalq Hava Limanından yola düşüb.
Uçuş yerli vaxtla saat 23:00-da Pakistanın Kəraçi şəhərindəki Cinnah Beynəlxalq Hava Limanına çatıb və bu, Banqladeş və Pakistan arasında 14 ildən sonra ilk birbaşa uçuş oldu.
Ümumilikdə 150 nəfərin olduğu təyyarədə Pakistan və Banqladeş rəsmiləri iştirak edib.
Biman Banqladeş Hava Yolları da öz növbəsində Kəraçi-Dəkkə marşrutu üzrə geri uçuş həyata keçirəcək.
Qeyd edək ki, Banqladeşin keçmiş baş naziri Şeyx Hasina Vazedin dövründə iki ölkə arasında birbaşa uçuşlar “təhlükəsizlik” səbəbi ilə dayandırılıb.
Şəbnəm Mehdizadə