Londonda quldurlar qızıl mağazasına basqın edərək zinət əşyalarını küçəyə səpələyib


  • 12:20

İngiltərənin paytaxtı Londonda zərgərlik mağazasında soyğunçuluq hadisəsi baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, quldurlar şəhərin ən məşhur ticarət bölgələrindən birində yerləşən zərgərlik mağazasını hədəf alıblar.

Soyğunçuluq cəhdi səhər saatlarında baş verib.

Quldurlar mağazaya avtomobillə basqın edərək oğurladıqları qızıl və zinət əşyalarının bir hissəsini küçələrə səpələyib.

Hadisə yerinə dərhal London polisi cəlb olunub və mağaza təhlükəsizlik lenti ilə mühasirəyə alınıb.

Təhlükəsizlik qrupları küçələrə səpələnmiş qızıl və zinət əşyalarını toplayaraq hadisə yerində toplayıb. Mağaza sahibi və polis əməkdaşları oğurlanmış qızıl və zinət əşyalarının miqdarını müəyyənləşdirmək üçün inventar sayma işləri aparıb.

Polis, şübhəlilərin kimliyini müəyyənləşdirmək üçün ətrafdakı təhlükəsizlik kameralarının görüntülərini araşdırmağa başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər