Almaniyada əhalinin sayı ötən il xeyli azalıb


  • 12:50

Almaniyanın əhalisi 2020-ci ildən bəri ilk dəfə keçən il azalıb.

E-huquq.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Məlumata görə, ötən il ölkə əhalisi təxminən 100 min nəfər azalaraq 83,5 milyon nəfərə düşüb.

Azalamanın səbəbi yeni doğulanların sayının azalması, ölüm hallarının artması ilə əlaqələndirilir.

Belə ki, Almaniyada keçən il 640.000 ilə 670.000 arasında doğuş və 1 milyondan bir qədər çox ölüm qeydə alınıb.

Həmçinin miqrasiyanın azalması da buna öz təsirini göstərib.

Keçən il xalis miqrasiyanın 220.000-260.000 nəfər arasında olacağı proqnozlaşdırılırdı. 2024-cü ildə ölkəyə xalis miqrasiya 430 183 nəfər olaraq qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər