"Apple"ın satışları 16 faiz artaraq bazar gözləntilərini üstələyib


  • 13:00

ABŞ-nin texnologiya şirkəti "Apple"ın xalis satışları üç aylıq dövrdə illik müqayisədə 16 faiz artaraq bazar gözləntilərini üstələyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabat dövründə şirkətin ümumi xalis satışları illik müqayisədə 16 faiz artaraq 143,8 milyard dollara çatıb.

Ötən ilin eyni dövründə bu göstərici 124,3 milyard dollar olub.

Şirkətin səhm üzrə qazancı da eyni dövrdə 2,4 dollardan 2,84 dollara yüksəlib.

Bu müddət ərzində şirkətin həm xalis satış gəliri, həm də səhm üzrə gəliri bazar gözləntilərini üstələyib.

Üç aylıq dövrdə iPhone satışları illik müqayisədə 23 faiz artaraq 85,3 milyard dollar təşkil edib.

Eyni dövrdə iPad satışları 6 faiz artaraq 8,6 milyard dollara, Mac satışları isə 7 faiz azalaraq 8,4 milyard dollara çatıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər