Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 10 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari qəzada 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qrupları göndərilib.
Yaralılar xəstəxanaya aparılıb.
Məlumata görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.
Şəbnəm Mehdizadə
