- 16:55
Yaponiyanın paytaxtı Tokioda oğrular küçənin ortasında bir qrup şəxsin içərisində təxminən 420 milyon yen (2,7 milyon dollar) olan çantalarını oğurlayıblar.
E-huquq.az Kyodo xəbər agentliyinə istinadən xəbər verir ki, üç nəfərlik dəstə dünən axşam saatlarında Tokionun Taito rayonunda küçədə avtomobilə bir neçə çanta pul yerləşdirən iki Çin vətəndaşı olmaqla beş nəfərlik qrupu hədəfə alıb.
Qrupa bibər qazı ilə hücum edən şübhəlilər çantaları götürərək hadisə yerindən qaçıblar.
Pulları oğurlanan qrup polisə çantalardakı məbləğin təxminən 420 milyon yen (2,7 milyon dollar) olduğunu bildirib.
Bu hadisədən sonra Tokionun Haneda hava limanının dayanacağında pul daşıyan başqa bir şəxsə bibər qazı ilə hücum edilib, lakin onların çantası oğurlanmayıb.
Hər 2 hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə