- 17:35
“Türkiyə İranla bağlı məsələlərin güc yolu ilə həllinə qarşıdır”.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
O, Vaşinqton və Tehranı danışıqlar masasına oturmağa çağırıb: “Danışıqlar, həmçinin İrana qarşı sanksiyaların aradan qaldırılması və onun qlobal iqtisadi sistemə inteqrasiyası üçün zəmin yaradacaq. Bu addımlar bütün tərəflərə əhəmiyyətli faydalar gətirəcək. Bu mərhələdə münasibətlər yeni razılaşma əsasında normallaşmalıdır. Biz bir daha bildiririk ki, problemlərin həlli üçün hərbi variantlardan istifadənin əleyhinəyik və bunun böyük fayda verəcəyinə inanmırıq. Biz danışıqların və diplomatiyanın tərəfdarıyıq”.
Fidan bölgə ölkələrinin sülh, sabitlik və əmin-amanlıq üçün səy göstərdiyinə diqqət çəkib: “Biz İsrailin ABŞ-ni İrana qarşı hərbi hücuma keçməyə razı salmağa çalışdığını görürük. İsrailin bu səyləri regionumuzun həssas sabitliyinə böyük zərər verə bilər”.
"Bu gün cənab Əraqçi ilə görüşümüz zamanı şəxsən mən bu mülahizələri ona çatdırdım. Mən bir daha təsdiq etdim ki, Türkiyə problemlərin sülh yolu ilə həlli üçün istənilən dəstəyi verməyə hazırdır", - Fidan bildirib.
Humay Eminqızı