- 17:35
ABŞ İrana qarşı məqsədlərinə hərbi yolla nail olmayacaq.
E-huquq.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı İstanbulda türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi mətbuat konfransında bildirib.
“ABŞ üçün İrana qarşı hərbi hücum məqsədlərə nail olmaq üçün bir variant deyil. Amerikalılar artıq bir dəfə hərbi hücuma cəhd ediblər, lakin istədiklərinə nail ola bilməyiblər. Buna görə də yenidən təhdidlərə əl atmağa və danışıqlar tələb etməyə məcbur qalıblar. ABŞ uğursuz təcrübəsini təkrarlasa, nə qədər cəhd etməsindən asılı olmayaraq, nəticə eyni olacaq - onlar məqsədlərinə çata bilməyəcəklər”, - nazir bildirib.
Humay Eminqızı