İran ABŞ ilə nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu açıqlayıb


  • 16:55

İran hakimiyyəti Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli məsələsi üzrə ABŞ ilə danışıqları bərpa etməyə razıdır, lakin dialoq qarşılıqlı hörmət əsasında qurulmalıdır.

E-huquq.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

“İran hər hansı diktə edilmiş siyasətdən imtina etdiyini vurğulamaqla yanaşı, mənalı, rasional və ədalətli diplomatik proseslərdə iştirak etməyə hazır olduğunu bəyan edir”, - nazir bildirib.

Onun sözlərinə görə, Tehran etimadı bərpa etməyə və qarşılıqlı hörmətə əsaslanan dialoqa tam hazırdır.

Humay Eminqızı

Oxşar xəbərlər