- 17:35
Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Konyaspor”un 19 yaşadək futbolçulardan ibarət komandasını daşıyan avtobus TEM şossesində yük maşını ilə toqquşub.
Hadisə yerinə tibb, polis və yanğınsöndürmə briqadaları göndərilib.
Qəza nəticəsində avtobusun sürücüsü və iki futbolçu yaralanıb.
Xilasedicilər avtobusda sıxılmış vəziyyətdə qalan sürücünü xilas edib.
TEM şosesinin iki zolağı nəqliyyatın hərəkəti üçün bağlanıb.
Şəbnəm Mehdizadə