- 17:28
Pekin Britaniya deputatlarına və Lordlar Palatasının üzvlərinə qarşı sanksiyaları ləğv edib.
E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
İndi onlar sərbəst şəkildə Çinə səfər edə bilərlər.
Qeyd edək ki, 2021-ci ilin martında Çin, Sincan-Uyğur Muxtar Regionunda etnik azlıqların hüquqlarının pozulduğu iddiaları ilə bağlı yalan və dezinformasiya yaydıqları üçün Böyük Britaniyadan olan 9 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etmişdi.
Humay Eminqız