Zelenski: Enerji obyektlərinə zərbələrdən imtinanı nəzərdə tutan bir həftəlik razılaşmanın vaxtı artıq başlayıb


  • 30 Yanvar 23:12

Rusiya-Ukrayna müharibəsində enerji obyektlərinə zərbələrdən imtinanı nəzərdə tutan bir həftəlik razılaşmanın vaxtı artıq başlayıb.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi enerji infrastrukturlarına zərbələrdən bir həftə müddətinə çəkinməyi təklif edib və bu gecədən etibarən müddətin hesablanmasına start verilib.

Zelenski vurğulayıb ki, Ukrayna qarşılıqlı şəkildə bu rejimə əməl etməyə hazırdır və bu gün Rusiya enerji obyektlərinə zərbə endirilməyib.

Oxşar xəbərlər