- 12:49
Türkiyənin İzmir şəhərində yağan güclü leysan yağışı nəticəsində bəzi obyektləri su basıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarından intensivləşən yağış Konak, Gaziemir, Bornova və Buca rayonlarında gündəlik həyatı çətinləşdirib, bir sıra küçə və yollarda su yığılıb.
Alsancakda yığılan sular səbəbindən nəqliyyatın hərəkəti çətinləşib, obyekt sahibləri isə dükanlara dolan suyu təmizləməyə çalışıblar.
Bir çox sahibkar dalğıc nasoslarla suyun çəkilməsini həyata keçirib. Hadisə yerinə cəlb olunan aidiyyəti qurumun əməkdaşları da suyun çəkilməsində kömək göstərib.
Eyni problemlərin artıq 5 ildir təkrarlandığı bildirilib.
Şəbnəm Mehdizadə