Türkiyədə qara görə məktəblər bağlandı


  • 11:15

Türkiyənin Kırklareli və Tekirdağ vilayətlərinin bəzi rayonlarında əlverişsiz hava şəraiti səbəbindən təhsilə bir günlük fasilə verilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kırklareli Valiliyinin məlumatına görə, güclü qar və yolların buz bağlaması ilə əlaqədar 2 fevral bazar ertəsi günü bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Həmçinin hamilə, 8 yaşadək övladı olan qadınlar və əlilliyi olan şəxslər inzibati məzuniyyətə buraxılıb. Demirköy, Kofçaz və Vize rayonlarında da oxşar qərar qüvvədədir.

Tekirdağın Malkara və Saray rayonlarında da tədris prosesi dayandırılıb. Burada da eyni kateqoriyadan olan dövlət qulluqçuları inzibati məzuniyyətə buraxılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər