“İran ABŞ ilə istənilən təmaslarda birtərəfli sanksiyaların ləğvinə nail olmağa çalışacaq” - Baqai


  • 12:23

İran hakimiyyəti ABŞ ilə istənilən təmaslarda Tehrana qarşı tətbiq edilmiş birtərəfli sanksiyaların ləğvinə nail olmağa çalışacaq.

E-huquq.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai bildirib.

“İranın nüvə proqramının mahiyyəti ilə bağlı etimadın yaradılması müqabilində bizim tələbimiz bu illər ərzində İran xalqına qarşı tətbiq edilən ədalətsiz sanksiyaların aradan qaldırılmasıdır. Mən vurğulayıram ki, istənilən diplomatik qarşılıqlı fəaliyyətdə sanksiyaların ləğvi məsələsi bizim əsas prioritetimiz olacaq”, - Baqai bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ ilə danışıqlar mexanizminin formalaşdırılmasında əldə olunan irəliləyişlə bağlı sözlərini şərh edən Baqai bildirib ki, hazırda müxtəlif aspektlər müzakirə olunur və İran hər bir diplomatik prosesin detalları üzrə qərarlar qəbul edir, yaxın günlərdə nəticə əldə olunacağına ümid edir.

Qeyd edək ki, 31 yanvar tarixində Laricani bəyan edib ki, kütləvi informasiya vasitələri tərəfindən vəziyyətin gərginləşdirilməsinə baxmayaraq, İran və ABŞ arasında dialoqun qurulması üçün danışıqlar mexanizminin formalaşdırılması irəliləyir.

Humay Eminqızı

Oxşar xəbərlər