Hüseyn Həsənov barəsindəki ittiham təsdiqləndi


  • 13:26

Prokurorluq bloqer Hüseyn Həsənov barəsində cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsi (şəxsin törətdiyi cinayətdən əldə etdiyi pul vəsaitlərinin leqallaşdırılması) üzrə ittiham olunur.

Axtarışda olan təqsirləndirilən şəxsin olmadığı halda cinayət işi cinayət-prosessual qaydalara uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Presnenski Rayon Məhkəməsinə göndərilib.

H.Həsənov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər