- 13:31
NASA dörd astronavtı Ay orbitinə aparacaq nəhəng yeni raketinin yanacaq doldurma sınağı üçün şənbə günü iki günlük geri sayım başladıb. Bu kritik sınaq ekipajın buraxılış tarixini müəyyənləşdirməkdə ən vacib addım kimi qəbul edilir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, raket uçuş icazəsi aldıqdan sonra onlar “Kennedi Kosmik Mərkəzi”nə yollanacaq.
Hazırda xəstəlik riskinə görə Texasın Hyuston şəhərində karantində olan komandir Reid Wiseman və onun ekipajı 1972-ci ildən Aya göndərilən ilk insanlar olacaq.
Floridada mövcud olan dondurucu soyuqlar səbəbindən yanacaq testi və mümkün buraxılış tarixi iki gün təxirə salınıb. İstilik sistemləri və xüsusi qurğular sayəsində sistemlərdə keçiriləcək yanacaq testi uğurla keçərsə, ən tez buraxılış tarixi 8 fevral olaraq planlaşdırılır.
Bazar ertəsi günü keçirilməsi planlaşdırılan testdə, raketin tanklarına təxminən 2,6 milyon litr soyuq yanacaq doldurulacaq. Proses, mühərriklərin işə salınmasına cəmi 30 saniyə qalmış dayandırılacaq.
ABŞ və Kanadalı astronavtları daşıyan “Orion” kapsulu, Ay ətrafında dövrə vurdıqdan sonra təxminən 10 gün davam edəcək missiyasını Sakit Okeana enərək başa vuracaq.
Humay Eminqızı