“Ukrayna müharibəni başa çatdırmaq üçün ağır güzəştlərə getməyə hazırdır” - Kallas


  • 16:35

“Ukrayna müharibəni başa çatdırmaq üçün güzəştlərə getməyə hazırdır, lakin problem Rusiyanın mövqeyindədir”.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Norveçin paytaxtı Osloda keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

Kallas qeyd edib ki, Rusiyanı sülh üçün güzəştə getməyə məcbur etmək daha çətin olacaq. O bildirib ki, son 100 ildə Rusiya ən azı 19 ölkəyə hücum edib: “Bu ölkələrin heç biri heç vaxt Rusiyaya hücum etməyib. Ona görə də məsələ ondadır ki, biz bu müharibənin davam etməyəcəyinə və başqa yerlərə yayılmayacağına necə zəmanət verə bilərik”.

Kallas vurğulayıb ki, müharibə başa çatdıqdan sonra Rusiya hərbi büdcəsini, ordusunu və nüvə silahlarını məhdudlaşdırmağa məcbur olacaq.

Humay Eminqızı

Oxşar xəbərlər