İsveçrədə baş verən yanğında ölənlərin sayı 41 nəfər çatıb


  • 16:56

İsveçrənin Kran-Montana dağ-xizək kurortunda yerləşən barda baş verən yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alan və Sürix Universitet Xəstəxanasında müalicə alan 18 yaşlı isveçrəli dünyasını dəyişib.

Baş Prokurorluq onun ölümünü təsdiqləyib.

Sürix Universiteti Xəstəxanasının rəhbərliyi yanğından xilas edilən və reanimasiya şöbəsində müalicə alan daha 5 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər