Filippində bərə qəzası nəticəsində ölənlərin sayı 42-yə çatıb


  • 17:08

Filippinin cənubunda "Trisha Kerstin 3" adlı bərənin batması nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Asiya Respublikasının Sahil Mühafizəsi məlumat yayıb.

Xatırladaq ki, yanvarın 25-də axşam saatlarında Zamboanqa şəhərindən Coloya gedən sərnişin bərəsi Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb. Bərənin içərisində 332 sərnişin və 27 ekipaj üzvü olub.

Humay Eminqızı

Oxşar xəbərlər