- 17:24
Türkiyənin Konya şəhərində çamadanında narkotik maddə aşkarlanan vəkil saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis İstanbuldan Konyaya narkotik maddə gətirilməsi ilə bağlı məlumat aldıqdan sonra dərhal araşdırmalara başlayıb.
Araşdırmalar zamanı Konya Vəkillər Kollegiyasında qeydiyyatdan keçmiş vəkil S. S. və onun dostu polis tərəfindən saxlanılıb.
Yoxlama zamanı vəkilin S. S.-nin çamadanında iki ayrı bağlamada gizlədilmiş 1 kiloqram marixuana aşkar edilib.
Vəkil ilkin ifadəsində narkotik maddəni dostu ilə birgə aldığını bildirib.
Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə