- 17:24
Rusiyanın Krasnoyarsk diyarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, R-255 “Sibir” magistral yolda PAZ markalı avtobusla yük maşını toqquşub.
Qəza nəticəsində 5 uşaq həyatını itirib, 6 nəfər yaralanıb.
Ümumilikdə avtobusda 11-i yeniyetmə olmaqla 13 nəfər olub.
Hadisənin səbəbi araşdırılır.
Humay Eminqızı