Ukraynanın hücumları nəticəsində Belqorod vilayətində 20 nəfər ölüb


  • 09:38

İlin əvvəlindən etibarən Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin sərhədyanı yaşayış məntəqələrinə hücumları nəticəsində 20-dən çox insan həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

Onun sözlərinə görə hücumlar nəticəsində 98 nəfər yaralanıb.

Qladkov bildirib ki, Belqorod vilayətinin sərhədyanı ərazilərində vəziyyət son dərəcə ağır olaraq qalmaqda davam edir.

“Həlak olanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıb”, - qubernator bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər