- 12:27
Türkiyənin Bursa şəhərində kütləvi qida zəhərlənməsi baş verib.
E-huquq.az xəbər verir ki, Bursanın İnegöl rayonundakı fabrikdə çalışan 20 fəhlələnin axşam yeməyindən sonra halı pisləşib.
Zərərçəkmişlər təcili yardımla İnegöl Dövlət Xəstəxanasına aparılıb.
Onlların səhhətinin yaxşı olduğu bildirilib.
Polis qrupları hadisə ilə bağlı araşdırmalara başlayıb, qidadan nümunələr götürərək analiz üçün laboratoriyaya göndərib.
Şəbnəm Mehdizadə