- 13:04
Türkiyənin Çorum şəhərində dəhşətli hadisə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çorumun Ulukavak məhəlləsində yaşayan 76 yaşlı Əli Osman Kaya yanvarın 28-i günorta saatlarında evdən çıxdıqdan sonra itkin düşüb.
Yaxınları polisə bu barədə məlumat verdikdən sonra araşdırma başlayıb.
O sonuncu dəfə qonşusu A.F.K.-ya məxsus avtomobildə Çatak bölgəsinə doğru gedərkən görüülüb.
Axtarışların 6-cı günündə dərə yatağındakı zibil torbalarının içərisində Kayanın parçalanmış cəsədi tapılıb.
Axtarışlara baxmayaraq meyitin başını tapmaq mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Şəbnəm Mehdizadə