Güclü yağış körpünü uçurdu


  • 11:20

Türkiyənin Balıkesir şəhərində güclü yağış nəticəsində körpü uçub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Balıkesirin Susurluk rayonunda səhər saatlarından yağan güclü yağış nəticəsində dərələrdə suyun səviyyəsi qalxıb.

Yağışdan sonra Yıldız məhəlləsinə çıxışı təmin edən körpü uçub.

Körpünün ətrafı təhlükəsizlik lenti ilə mühasirəyə alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə giriş alternativ yollarla təmin edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər