Maşın piyadaları vurdu - 3 nəfər öldü


  • 11:32

Türkiyənin Mersin şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən piyadaları vurub. Nəticədə ikisi uşaq olmaqla, 3 piyada ölüb, 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı avtomobilin sürücüsü saxlanılıb.

Mersin valisi Atilla Toros hadisə yerinə baş çəkərək ölənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər