Ryabkov: "Yaponiyanın hərbiləşdirilməsi onun təhlükəsizliyini gücləndirməyəcək"


  • 11:54

Yaponiyanın baş naziri Sanae Takaichi administrasiyasının ölkəni yenidən hərbiləşdirmə siyasəti yalnız təhlükəsizliyin zəifləməsinə gətirib çıxaracaq.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın Çindəki səfirliyində jurnalistlərlə görüşündə bildirib.

"Yaponlara bunun nə üçün lazım olduğunu bilmirəm. Doğrudanmı onlar öz təhlükəsizliklərini bu yolla gücləndirəcəklərini düşünürlər? Məncə, bunun əksi baş verəcək. mma hələlik bu məntiq özünə çətinliklə yol açır", - müavin bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər