- 13:04
Rusiya və Çin qlobal strateji təhlükəsizlik sisteminin dağıdılmasının ABŞ-nin birtərəfli hərəkətləri ilə başladığını qəbul edir.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın Çindəki səfirliyində jurnalistlərlə görüşündə bildirib.
“Biz çinli dostlarımızla bu məsələdə həmfikrik ki, mövcud vəziyyətin əsas səbəbi əvvəlki strateji təhlükəsizlik sisteminin dağılması və onun yerini tutacaq bir mexanizmin olmamasıdır. Bunun əsas günahı isə ABŞ-nin birtərəfli addımlarındadır”, - Ryabkov bildirib.
Humay Eminqızı