Məzmuna keç

Novak: “Rusiya sanksiyalardan sonra iqtisadi artımı qoruyub”

“2022-ci ildə tətbiq edilən sanksiyalardan sonra Rusiya iqtisadi artımı qoruyub saxlaya bilib”.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Federasiya Şurasının komitə iclasında çıxışı zamanı deyib.

“2022-ci ildən başlayaraq sanksiyaların sərtləşdirilməsi nəticəsində biz, ilk növbədə, iqtisadi artımı qoruyub saxlaya bilmişik. Bilirsiniz ki, bizə qarşı sanksiyalar tətbiq edənlərin əsas məqsədi iqtisadi artımımızı məhdudlaşdırmaq və nəticədə büdcə gəlirlərini azaltmaqdır ki, bu da ümumi xərclərin maliyyələşdirilməsinə mane olardı. Eyni zamanda, bu 3 il ərzində büdcəmiz balanslı olub və defisiti minimal səviyyədədir”, – Novak bildirib.

Humay Eminqızı