Avstraliyanın qərb sahilində 13 yaşlı bir oğlan güclü cərəyanın apardığı ailəsini nəhəng dalğalarla mübarizə edərək xilas edib.
E-huquq.az xarici KİV-ə istinadən xəvbər verir ki, Qərbi Avstraliyanın cənubundakı kanoe və şişmə döşəklə dənizə çıxan ailə güclü küləklə sahildən xeyli uzaqlaşıb.
Kanoe su ilə dolmağa başlayanda, oğlan xilasedici jiletini çıxararaq, təxminən 4 kilometr üzərək sahilə çatıb. Təxminən dörd saat davam edən mübarizənin sonunda o, axşam saat 6 radələrində səlahiyyətlilərlə əlaqə saxlayaraq, xilasetmə işlərinin başlanmasını istəyib.
Bir neçə saat sonra, Quindalup çimərliyi yaxınlığında genişmiqyaslı axtarış əməliyyatı keçirilib. Nəticədə, 47 yaşlı ana və onun 12 və 8 yaşlı iki bacısı 14 kilometr dənizdə tapılıb. Xilasedici helikopter tərəfindən tapılan ailə üzvləri, könüllü dəniz xilasetmə qrupları tərəfindən xilas edilərək sahilə çıxarılıb.
Polis ailənin xilasedici jiletlər sayəsində sağ qalmasını vurğulayıb və dənizdə şərtlərin nə qədər sürətlə dəyişə biləcəyini xatırladıb.
Xəstəxanaya aparılan ailə üzvləri xilasedicilərə təşəkkürlərini bildirib.
Şəbnəm Mehdizadə
