- 19:29
Mərakeşdə yağan güclü yağışlar daşqınlara səbəb olub.
E-huquq.az xəbər verir ki, Əl-Qəsr əl-Kəbir şəhərində güclü yağışlardan zərər çəkmiş və təhlükə altında olan bölgələrdə sakinlərin ordunun dəstəyi ilə təxliyyəsi davam edir.
Şəhərdəki Lukus çayında yağışlar nəticəsində suyun səviyyəsinin artması ilə əlaqədar olaraq şəhər sakinlərinin təxminən 70 faizi artıq təxliyə edilib.
Zərərçəkənlər başqa şəhərlərdəki qohumlarının yanına və ya sığınacaqlara yerləşdirilib.
Simu bildirib ki, sığınacaqların tutumu 40 min nəfərdir.
Dekabr ayından bəri yağan yağışlar Mərakeşdəki bəndlərdə su ehtiyatını 9,26 milyard kubmetrə çatdırıb ki, bu da 2019-cu ilin iyul ayından bəri müşahidə olunmayan səviyyədir.
Şəbnəm Mehdizadə