Norveçdə vəliəhd şahzadənin məhkəməsi başlayır


  • 15:18

Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borg Hoibi bir neçə cinayət törətməkdə ittiham olunur.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Hoibi Oslo Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Bu, son illərin ən böyük və səs-küylü məhkəmə proseslərindən biri kimi qiymətləndirilir.

29 yaşlı Marius Hoibi hücum, bıçaqla hədələmə və qətimkan tədbirini pozmaqla bağlı şübhəli bilinərək həbs edilib. Onun barəsində cinsi zorakılıq və narkotik ticarəti də daxil olmaqla ümumilikdə 38 fərqli ittiham irəli sürülüb.

İttiham aktında huşunu itirmiş qadınlara qarşı cinsi zorakılıq, keçmiş partnyorlara qarşı sistematik zorakılıq və təhdid cinayətləri də yer alır. Hoibinin vəkilləri cinsi zorakılıq və ağır bədən xəsarəti ittihamlarını rədd etsə də, bəzi kiçik cinayətlər və əmlaka dəymiş ziyanı qəbul edir.

Əgər Hoibi təqsirli bilinərsə, onu azı 10 il həbs cəzası göğzləyir.

Norveç kral ailəsinin məhkəmə zalında olmaması diqqət çəkib.

Oslo Rayon Məhkəməsi ətrafında və məhkəmə zalında fövqəladə təhlükəsizlik tədbirləri təmin edilib. Hoibinin fotoşəkil çəkməsi və ya qurbanlarının şəxsiyyətini açıqlayan hər hansı məlumatın paylaşılması ciddi şəkildə qadağan edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər