Tehranda bazarda güclü yanğın: 200 mağaza yanaraq kül olub


  • 15:40

İranın paytaxtı Tehranda yerləşən Cənnət bazarında güclü yanğın baş verib.

E-huquq.az İran məb8uatına istinadən xəbər verir ki, Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Mələki hadisə ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, yanğın Niyayeş-Cənnətabad kəsişməsindəki bazarda baş verib. İlk dəqiqələrdə əraziyə beş yanğınsöndürmə məntəqəsi göndərilib.

O qeyd edib ki, təxminən 3000 kvadratmetr sahəsi olan, anbar yanaraq külə dönüb.

Bir neçə nöqtədən yanğının söndürülməsinə başlanılıb.

İran rəsmisi yanğının nəzarət altına alındığını və bazardakı 200 mağazanın yanaraq külə döndüyünü bildirib.

O bildirib ki, yaralıların və ölənlərin sayı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər