Qəzzada ölənlərin sayı 71 803 nəfərə çatıb


  • 16:24

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 48 saatda 8 nəfər artaraq 71 803 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada son 48 saatda 19 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.

Atəşkəsin qüvvəyə mindiyi vaxtdan etibarən 529 dinc sakin həyatını itirib, 1462 nəfər yaralanıb.

İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabr ayında başlayan hücumları nəticəsində ölənlərin sayının 71 min 803, yaralı sayının isə 171 min 507-yə yüksəldiyi vurğulanıb.

Humay Eminqızı

Oxşar xəbərlər