- 19:29
Rusiyanın Krasnoyarsk diyarının Kodinsk şəhərində 14 yaşlı məktəbli qız müəllimlə baş verən münaqişədən sonra həmyaşıdını bıçaqla yaralayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, yaralı məktəbli xəstəxanaya çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.
İlkin məlumata görə, yeddinci sinif şagirdi müəllimi yaralamağa cəhd edib, lakin sinif yoldaşları buna mane olublar. Daha sonra o, məktəblilərdən birini yaralayıb.
Faktla bağlı cinayət işi açılıb.
Humay Eminqızı