Yunanıstanda miqrant qayığı gəmi ilə toqquşdu - 14 nəfər öldü


  • 10:17

Yunanıstanda qanunsuz miqrantları daşıyan qayıq sahil mühafizə gəmisi ilə toqquşub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, Saqqız adasının Mirsinidiu sahillərində Yunanıstan sahil mühafizə gəmisi ilə qeyri-qanuni miqrantları daşıyan qayığın toqquşması nəticəsində 14 qeyri-qanuni miqrant həlak olub.

Toqquşma nəticəsində qayıqda olan miqrantların hamısı dənizə düşüb.

Hadisə zamanı iki sahil mühafizəsi əməkdaşı da yaralanıb.

Sağ qalan 24 miqrant xəstəxanaya aparılıb.

İtkin düşən miqrantların axtarışı davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər