- 11:28
Türkiyənin Ağrı vilayətində 57 yaşlı xəstədən 295 ədəd böyrək daşı çıxarılıb.
E-huquq.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onun böyrəyində ümumi ölçüsü təxminən 6 santimetr olan çoxsaylı daşlar olub.
Əməliyyatdan sonra xəstə evə buraxılıb.
Qeyd edək ki, daha əvvəl bu xəstəyə açıq və endoskopik üsullarla həyata keçirilən əməliyyatlarda 21 böyrək daşı çıxarılıb.
Həkimlər belə ağır halların böyrək problemlərinin düzgün müalicə olunmaması nəticəsində meydana çıxa biləcəyini vurğulayıblar.
Şəbnəm Mehdizadə