- 11:28
Braziliyanın Alaqoas əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.
E-huquq.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Seara əyalətindən qayıdan avtobus San Jose de Tapera şəhəri yaxınlığında AL-220 magistralında aşıb.
Qəza nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər ölüb, 44 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
Sərnişinləri Seara əyalətində dini mərasimə getdikləri məlum olub.
Alaqoas ştatının qubernatoru Paulo Dantas ştatda üç günlük milli matəm elan edib.
Şəbnəm Mehdizadə