- 11:28
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 9 fələstinli həlak olub.
E-huquq.az Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya istinadən xəbər verir ki, İsrail artilleriyasının Qəzzanın şərqindəki Zeytun və Tuffah məhəllələrində mülki çadırları və evləri hədəf alması nəticəsində biri uşaq olmaqla 5 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.
Xan Yunisin cənubundakı Kizan Raşvan bölgəsində köçkünlərin məskunlaşdığı çadırlara edilən artilleriya hücumu nəticəsində 4 fələstinli həlak olub, xeyli sayda insan yaralanıb.
Şəbnəm Mehdizadə