"İranla danışıqlar aparırıq" - Tramp


  • 11:28

ABŞ prezidenti Donald Tramp İranla danışıqlar apardığını söyləyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

İranla danışıqlar prosesinin davam etdiyini deyən Tramp Tehran rəhbərliyinin ABŞ ilə razılaşmaq istədiyini vurğulayıb.

"Onların bir müddət əvvəl sövdələşmə əldə etmək şansları var idi, lakin bu baş vermədi. Danışıqlar aparmaq istəyirlər. Hazırda onlarla danışıqlar aparırıq" - deyə Tramp bildirib.

Tramp İranla danışıqların harada keçiriləcəyi ilə bağlı sualı cavablandırmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər