- 15:42
Rusiyanın Kuban bölgəsində həbsxanada terror aktının qarşısı alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, məhkum cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisəsinin əməkdaşlarını öldürməklə terror aktı törətməyi planlaşdırıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 3-cü hissəsi (terror aktı törətməyə hazırlıq) ilə cinayət işi açıb.
Humay Eminqızı