Filippində baş verən yanğında 1000-dən çox ev məhv olub


  • 15:38

Filippinin cənubundakı Tavi-Tavi adasının Bonqao bölgəsində baş verən yanğında 1000-dən çox ev məhv olub.

E-huquq.az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, dünən axşam yerli vaxtla saat 22:00 radələrində başlayan yanğın güclü külək səbəbindən sürətlə yayılıb.

Təxminən 5000 nəfər başqa ərazilərə sığınmaq məcburiyyətində qalıb.

Rəsmilər alovların tamamilə söndürüldüyünü, yanğının səbəblərinin müəyyən edilməsi və dəymiş ziyanın qiymətləndirilməsi üçün araşdırmaların davam etdirildiyini bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər