- 16:55
Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat verib.
Zəlzələnin episentrinin Kermadec adalarında olduğu müəyyən edilib.
Yeraltı təkanlar 184,2 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Humay Eminqızı