- 16:55
Yeni toqquşma simulyasiyasına əsasən nüvə partlayışı Yerə doğru yönəlmiş bir asteroidin trayektoriyasını dəyişə bilər.
E-huquq.az xəbər verir ki, Oksford Universitetinin tədqiqatçıları və OuSoCo nüvə tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, məşhur inancın əksinə olaraq, kosmik qayaların güclü stres altında daha da gücləndiyini təsdiq edib.
Tədqiqatın ən təəccüblü tapıntısı odur ki, nüvə partlayışı asteroidi toxunulmaz saxlaya və onun trayektoriyasını dəyişə bilər.
Campo del Cielo dəmir meteoritindən götürülmüş nümunələr üzərində aparılan təcrübələr materialın radiasiyaya və yüksək enerjiyə reaksiyasını ölçüb.
CERN-də hissəcik sürətləndiricisi ilə aparılan sınaqlara əsasən meteorit nümunəsi güclü təsirə məruz qaldıqda material müqavimətində 2,5 dəfə artım göstərir. Həmçinin müəyyən edilib ki, təsir nə qədər güclü olarsa, qaya enerjini bir o qədər effektiv şəkildə dağıdır.
Bundan başqa yüksək enerjili proton şüaları ilə bombardman edilən nümunə əvvəlcə bükülüb, sonra təəccüblü şəkildə yenidən sərtləşərək strukturunu qoruyub saxladı.
2022-ci ildə həyata keçirilən DART missiyası sübut etdi ki, biz bir asteroidin trayektoriyasını fiziki bir cihazla vurmaqla dəyişə bilərik. Bununla belə, hər asteroid eyni üsulla dayandırıla bilməz. Yanlış nöqtədə edilən müdaxilə asteroidin parçalanmasına və ya gözlənilməz sürət qazanmasına səbəb ola bilər.
Yeni tədqiqata görə, asteroidin yaxınlığında baş verən nüvə partlayışı (standoff detonation) səma cisminin səthində bir təbəqəni buxarlayaraq, təkan yaradır və onun orbitini Yerdən uzaqlaşdırır.
Bu testdə tədqiqatçılar dəmirlə zəngin bir nümunədən istifadə edib. Növbəti mərhələdə kosmik süxurların gərginlik paylama imkanları tədqiq ediləcək.
Planetlərin müdafiə strategiyaları üçün həyati əhəmiyyət kəsb edən bu məlumatlar bizə real təhlükə zamanı yüksək inamla nüvədən yayınma missiyalarını yerinə yetirməyə imkan verə bilər.
Şəbnəm Mehdizadə