Kişilərdə ürək sağlamlığı riski daha erkən başlayır


  • 15:42

Elmi araşdırmalar göstərir ki, kişilərdə ürək-damar xəstəlikləri riski qadınlara nisbətən daha erkən başlayır və bu fərq adətən 30-40 yaş aralığında, xüsusilə 35 yaşdan sonra daha aydın görünür.

E-huquq.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə məlumat Journal of the American Heart Association jurnalında yayımlanan araşdırmada yer alır.

Araşdırmaya görə, kişilər ürək sağlamlığında kritik səviyyəyə qadınlardan yeddi il əvvəl çatırlar.

Tədqiqatçılar 34 il ərzində 5000-dən çox insanı izləyib və belə bir nəticələrə gəlib.

Belə ki, kişilərin beş faizində ürək-damar xəstəlikləri 50 yaş civarında inkişaf edir, qadınlar isə 57 yaşında eyni nisbətə çatır. Kişilər risk həddinə 48 yaşında çatır, qadınlarda isə bu yaş 58-ə yüksəlir. 50 yaşa qədər yaxın 10 ildə ürək xəstəliyinə tutulma riski kişilərdə 6 faiz, qadınlarda isə 3 faiz olaraq qalır.

Tədqiqat göstərir ki, bu fərq yalnız qan təzyiqi, xolesterin və ya siqaret kimi ənənəvi risk faktorları ilə izah edilə bilməz. Bu mənzərədə bioloji fərqlərlə yanaşı qadınların daha çox stress altında olması və ya müxtəlif peşələrdə çalışması kimi sosial amillərin də rol oynadığı düşünülür.

Tədqiqat kişilərdə erkən riskə diqqət yetirsə də, mütəxəssislər qadınlara səhlənkarlıq etməməli olduqlarını xatırladırlar.

Ürək sağlamlığını qorumaq üçün ildə bir dəfə qan təzyiqini, xolesterini və şəkəri yoxlamaq, sağlam qidalanmaq və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər