Rusiyanın neft və qaz gəlirləri 50,1 faiz azalıb


  • 16:32

Rusiyanın yanvarda neft və təbii qaz gəlirlərinin ötən ilin eyni ayı ilə müqayisədə 50,1 faiz azalaraq 393 milyard rubl (təxminən 5 milyard dollar) olub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bəyan edib ki, neftin qiymətinin aşağı düşməsi və rublun xarici valyutalara nisbətdə bahalaşması ölkənin enerji ixracı gəlirlərinin azalmasına səbəb olub.

Qeyd edək ki, G7 və Avropa İttifaqı (Aİ) ölkələrinin dəniz yolu ilə daşınan Rusiya neftinə idxal qadağası və barrel üçün 60 dollar qiymət həddi 5 dekabr 2022-ci il tarixindən qüvvəyə minib.

Bu müqaviləyə əsasən, Rusiya nefti üçüncü ölkələrə müəyyən edilmiş qiymətdən yüksək qiymətə satılarsa, G7 və Aİ ölkələrindəki şirkətlər həmin neftin daşınması, sığortası, brokerliyi kimi müxtəlif xidmətlər göstərə bilməz. Bu xidmətlərin göstərilməsi üçün Rusiya nefti qiymət həddi altında satılmalıdır.

Bu qiymət həddi 2025-ci ilin iyulunda bir barel üçün 47,6 dollara endirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər