Putin və Si Cinpin nələri müzakirə etdi?


  • 16:45

Rusiya və Çin liderləri İran, Venesuela və Kuba ətrafındakı vəziyyəti müzakirə ediblər.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə Si Cinpin arasında keçirilən videokonfransın yekunları üzrə deyib.

Uşakov bildirib ki, Putin yanvarın 30-da Kremldə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə söhbəti barədə Çin Prezidentinə məlumat verib.

“Putin və Si Cinpin ölkələrimizin Karakas və Havana ilə inkişaf etdirdiyi əməkdaşlıq səviyyəsinin qorunub saxlanmasının lehinə danışıblar”, - prezidentin köməkçisi bildirib.

Regional mövzular arasında liderlər Asiya-Sakit okean regionundakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.

Humay Eminqızı

Oxşar xəbərlər